Azərbaycanda məktəbdə silah-sursat tapılıb – FOTO

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, bir pulemyot, üç tapança, üç tüfəng, 10 qumbara, doqquz ədəd alışdırıcı, beş rabitə vasitəsi, 20 patron darağı, 6 188 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO