Azərbaycanda məktəbdə şagird BIÇAQLANDI

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Məktəbin direktoru Əbülfət Bağırov məktəbdə şagirdlər arasında baş verən hadisə ilə bağlı açıqlama verib.

O, bildirib ki, hadisəni törədən şagird həmin gün dərsdə olmayıb:

“Sonradan o, məktəbə pəncərədən daxil olub. Həmin şagirdlər əvvəldən bir-birilərini tanıyıblar. Onlar arasında mübahisə yaranıb. Nəticədə məktəbin sanitar qovşağında 9-cu sinif şagirdi məktəb yoldaşına xəsarət yetirib.

Hadisəni törədən şagird çox narahat uşaqdır. Uşağa ata nəzarəti yoxdur. Anası türkə ərə gedib. Türk də onu qoyub, gedib. Hadisədən sonra biz məktəbə Təcili Tibbi Yardım da çağırdıq. Xəsarət alan şagirdin atası da məktəbə gəldi. Uşaq bildirdi ki, hadisə onlar öz aralarında zarafat edərkən baş verib”, – deyə direktor qeyd edib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO