Azərbaycanda məktəbdə acı hadisə: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı

Mingəçevirdə məktəbdə qəfil halı pisləşən 10-na yaxın şagird təcili xəstəxanaya aparılıb.
Hadisə 3 saylı orta məktəbdə baş verib.

İlkin məlumata görə, 6-ci sinif şagirdəri arasında dərs zamanı qəfil narahatlıq yaşanıb. Uşaqlarda halsızlıq, bəzilərində isə qusma halları müşahidə olunub.

Hadisənin nədən qaynaqlandığı məlum deyil.

Uşaqlara göstərilən ilkin tibbi yardım sayəsində onların durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Güman edilir ki, şagirdlər eyni yerdən aldıqları qidadan zəhərləniblər.

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO