Azərbaycanda fantastik qiymətə satılan bir dollar

Son günlər ölkəmizdə 1 dollarlıq əsginasların elan saytlarında və sosial şəbəkələrdə kütləvi satışa çıxarılması il bağlı elanlara rast gəlmək mümkündür. Elanlarda 2013-cü ildə tədavülə buraxılmış bir dolların 100, 1000, 3000 manata satın alınacağı təklif olunur.

Bəzi iddialara görə, həmin əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın “Twitter”dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kazımlı bildirib ki, bir dolların dəyərindən baha satılması heç bir iqtisadi əsasa söykənmir.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Bankının 2013-cü ildə tədavülə buraxdığı bir dollarların baha satılması barədə heç bir qərarı yoxdur. Bir dolların dəyərindən baha satılması daha çox dələduzluq meyillərinə hesablanıb. İlon Maskın “Twitter”dəki paylaşımını səbəb gətirirlər. Həmin ildə “dogecoin” adlanan kriptovalyuta buraxılmışdı. Buraxıldığı zamanlarda buna “zarafat” kriptovalyutası deyirdilər. Lakin İlon Mask bu kriptovalyuta ilə bağlı çoxlu tvitlər paylaşırdı və inandığını bildirirdi. Nəticədə, “dogecoin” 2021-ci ildə kapitalizasiyasına görə beşinci ən böyük kriptovalyutaya çevrilmişdi. 2013-cü ildə tədavülə buraxılan bir dolları alanlar ehtiyatlı olmalıdırlar. Onlar bilməlidirlər ki, bir dollarları rəzmi məzənnədən (hazırda 1,70 AZN) baha dəyişə bilməyəcəklər”, – deyə ekspert bildirib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)