Azərbaycanda benzinlə bağlı yeni xəbər

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda avtomobil benzinin istehsalı artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 912,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 16,2 faiz artıb.

Yanacaq mazutunun istehsalı 3,9 dəfə, avtomobil benzininin istehsalı 33,0 faiz artıb, dizel yanacağının istehsalı 3,9 faiz, sürtkü yağlarının istehsalı 8,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı isə 16,2 faiz azalıb.

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO