Azərbaycanda dünyanın ən aktiv vulkanı PÜSKÜRDÜ (Video izlə)

Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatanda palçıq vulkanının püskürməsiilə bağlı məlumat yayıb. İnstitutdan verilən xəbərə görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Məlumatda bildirilib ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, vulkan yerli vaxtla 09:36-da da püskürüb. Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi E=0.6×107 təyin olunub.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!