Azərbaycanda dəhşətli hadisə: Evdə azyaşlının cəsədi tapıldı

Beyləqanda yanan evdə azyaşlının meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.

Rayonun Şəfəq qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu, 2019-cu il təvəllüdlü Həsənli Əli Ruslan oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Related posts

Öz evindən pul və qızıl oğurlayıb bağda gizlətdi

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO