Azərbaycanda çimərlikdə mina tapıldı

Xəzər dənizinin sahilində mina tapılıb.

Mina Lənkərandakı sahil zolağında, çimərlik ərazisində aşkar olunub.

Əraziyə mütəxəssislər cəlb ediliblər. İnsanlar təxliyə edilərək ərazidə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə suyun səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO