Azərbaycanda çağırışa gedən ambulans aşdı: Ölən və yaralananlar var (Video izlə)

Masallıda ambulansın qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yolayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.

“Mercedes-Benz” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib, sürücü və iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir