Azərbaycanda bir məhsul iki dəfədən artıq bahalaşdı – Yeni qiymətlər

Topdansatış məntəqələrində soğanın qiymətində böyük artım baş verib. 

Dünəndən etibarən soğanın qiyməti təxminən iki dəfə artıb.

Satıcılarla söhbətimizdən məlum olub ki, qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə izah edilir: “Deyirlər ki, Rusiyadan soğan gəlmir, ona görə də qiymət bahalaşıb. Əvvəl, soğanın 1 kisəsini 10-15 manata alırdıq, indi 27-30 manata. Təxminən iki dəfə artıb. 40-50 qəpiyə satdığımız soğanı indi bir manata satmağa məcburuq”.

Bəzi satcıcılar hesab edir ki, bahalaşma süni xarakter daşıyır. “Sadəcə müharibədən istifadə edirlər. Birdən-birə bu qədər bahalaşma ola bilməz”, deyə bahalaşmada müharibə faktoruna inanmayanlar deyir. 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir