Azərbaycan ordusunun əsgəri faciəvi şəkildə vəfat etdi – RƏSMİ

İyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.
 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.

Related posts

ABŞ-ın əsil siması

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir