Azərbaycan-İsrail kosmoloji əməkdaşlıqları genişlənir

Haartes qəzeti İsrailin Azərbaycan Respublikasında 2 kosmik peyk yaradılması istəyi xəbərini təsdiqləyərək bu layihənin 120 milyon dollarlıq büdcəyə ehtiyacı olduğunu elan edib.

İsrail XİN başçısı Eli Koen “İsrael Times” qəzetində verdiyi müsahibədə deyib: Rəsmi Bakı ikitərəfli əməkdaşlıqların genişləndirilməsi istiqamətində rabitə potensiallı “Spacecom” kosmik peykinin yaradılmasını istədi.

Ötən həftə Azərbaycan Kosmoloji mərkəzi bir il bundan əvvəl ölkənin kosmik peyklə əlaqəsinin kəsildiyini elan etmişdi. Əlaqə pozuntusunun səbəbi isə kosmosdakı peykə hansısa bir əşyanın çırpılması kimi qələmə verilmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikası-İsrail əlaqələri son illərdə çox sürətlə inkişaf etməkdədir. Rəsmi Bakı İsrailin modern texnologiyalardan əlavə, ordusu üçün “Tower” silahını da İsraildən alır.

Tel Əviv də öz növbəsində Azərbaycan Respublikası ordusunu havadan müdafiə sistemləri, ballistik raket, gəmi, informasiya və kamikadze dronları ilə təmin etmək üçün əlindən gələni əsirgəmir.

Related posts

Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Guardian: İngiltərə Qəzzəyə humanitar yardım paylamaq üçün canlı qüvvə göndərir?!

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir