Azərbaycan futbolunda qeyri-adi vərəqə (Video izlə) 

Futbol üzrə Azərbaycan I Divizionunun XXVIII turunda keçirilmiş MOİK – “Qaradağ Lökbatan” matçında göstərilən qırmızı vərəqə müzakirələrə səbəb olub.

Qarşılaşmanın 70-ci dəqiqəsində baş hakim Vüqar Həsənli meydan sahiblərinin oyunçusu Muxtar Nəzərlini meydandan qovub.

Buna futbolçunun hakimi aldatmağa cəhd etməsi səbəb olub. Epizodların birində M.Nəzərli rəqibin cərimə meydançasının yaxınlığında yerdə qalıb. Referi bunu hakimi aldatmağa cəhd kimi dəyərləndirib və onu ikinci sarı vərəqə göstərməklə meydandan qovub.

Qaydalara görə, meydanın istənilən yerində simulyasiya səbəbindən sarı vərəqə göstərilə bilər. Ancaq hakimlər, adətən, penalti tələb edən oyunçularla bağlı analoji cəzanı tətbiq edirlər. Sözügedən hadisə isə cərimə meydançasından kənarda qeydə alınıb. Üstəlik, oyunçu hakimdən cərimə zərbəsi tələb etməyib. Bu səbəbdən referinin qərarı anlaşılan olmayıb.

Ümumiyyətlə, dünya futbolunda belə qırmızı vərəqələrə elə də rast gəlinmir. Vüqar Həsənlinin həmin epizodda həddən artıq ağır qərar verdiyi hesab olunur. Yəni qayda pozuntusunun olmadığını bildirib, davam işarəsi verməli idi.

Referi həmin epizoddan sonra etiraza görə MOİK-in məşqçisi Elxan Əhmədova da qırmızı vərəqə göstərib.

Related posts

Bakıda 62 illik körpüdən geriyə qalanlar – VİDEO

Ağrıdan qıvrılan şəxsə poliklinika əməkdaşları niyə kömək etməyiblər? – VİDEO

İlham Əliyev İranın Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi -VİDEO