Ayı öyrənmək üçün göndərilən kosmik gəmi ilə əlaqə kəsildi

Dünən Ayı öyrənmək üçün Yer orbitini müvəffəqiyyətlə tərk edən CAPSTONE adlı kosmik gəmi ilə əlaqə kəsilib.

Bu barədə məlumatı NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) yayıb. 

NASA sözçüsü Sarah Frazier bildirib ki, hazırda kosmik gəmi ilə əlaqənin bərpa edilməsi yönündə işlər görülür. 

Qeyd olunub ki, onun eniş etməsi üçün kifayət qədər yanacağı olub, problem isə gəminin Yer orbitindən çıxdıqdan sonra meydana gəlib. 

Onu da deyək ki, CAPSTONE-nin toplayacağı məlumatları NASA-ya göndərməsi və bəşəriyyətin Aya enməsi üçün lazım olan ilkin məlumatları verməsi nəzərdə tutulurdu.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi