Ayətullah Xamenei: Sionistlər güc dilindən başqa bir şey anlamırlar!

Qafqaztimes xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri çərşənbə axşamı tələbə təşkilatlarının nümayəndələri ilə video görüş  keçirib.

İslam dünyasındakı ən son iki acı və qanlı hadisənə, yəni Əfqanıstan və Fələstində baş verən hadisələrə dərin təəssüfünü dilə gətirən İnqilabın Ali Rəhbəri deyib: “Allah əfqanıstanlı məzlum və günahsız qönçələri qana boyayan cinayətkarlara lənət etsin. Onlar bu yeniyetmə qızları şəhid etməklə, cinayətlərinin həddini bu dərəcədə artırdılar.”

Ayətullah Xamenei sionistlərin Məscidül-Əqsa, Müqəddəs Qüds və Fələstinin digər bölgələrindəki vəhşicəsinə və amansız cinayətlərinə də toxunaraq deyib: “Bu cinayətlər dünyanın gözü önündə baş verməkdədir. Hər kəs bunu qınayaraq öz vəzifəsini yerinə yetirməlidir.”

İslam İnqilabının Ali Rəhbəri Fələstin xalqının oyanışını, əzmkarlığını və qətiyyətini tərifləyərək əlavə edib: “Sionistlər güc dilindən başqa bir şey anlamırlar, bu səbəbdən fələstinlilər cinayətkarları təslim olmağa məcbur etmək və onların vəhşi hərəkətlərini dayandırmaq üçün güclərini və müqavimətlərini artırmalıdırlar. “

İmam Xamenei öndəki prezident seçkiləri barədə danışarkən belə deyib: “Xalqa və gənclərə inanan şəxslər iş başına gəlməli, gənc potensialları qiymətləndirməli, inqilabi bir performans göstərməli və həqiqətən ədalətsevər və korrupsiya qarşı olmalıdır.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?