Ayətullah Xamenei ölkədə ümumi əfv fərmanı verib

QafqazTimes xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei Fitr bayramı münasibətilə Ümumi və İnqilab Məhkəmələri, Dövlət Cəzaçəkmə Təşkilatı və Silahlı Qüvvələrin Ədliyyə Təşkilatının 1542 məhkumunun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsinə razılıq verib.

İran Məhkəmə hakimiyyətinin rəisi Höccətülislam Möhsin Ejei Fitr bayramı münasibətilə İslam İnqilabının Ali Rəhbərinə yazdığı məktubda Əfv Komissiyası tərəfindən münasib hesab edilən bir qrup məhkumun əfv və ya cəzanın yüngülləşdirilməsini, həmçinin cəzasının dəyişdirilməsini təklif edib. Bu təklif İran Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinə müvafiq olaraq Ayətullah Xamenei tərəfindən təsdiq edilib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur