Ayətullah Xamenei İran xalqını seçkilərdə əldə olunan uğurlara görə təbrik etdi

Qafqaztimes xəbər verir ki, 18 iyun seçkilərində İran xalqının fəal iştirakını qələbə kimi xarakterizə edən İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, bu böyük qələbə münasibətilə xalqı təbrik etmişdir.


İslam İnqilabı Rəhbərinin təbrik mesajının mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə


Böyük və başıuca İran xalqı!
Sizin 18 İyun seçkilərindəki dastanlar yazan və həyəcan dolu iştirakınız uğurlarınıza daha bir parlaq səhifə də əlavə etdi. Səsvermə faizinin bir şəkildə azalmasına səbəb ola biləcək amillər arasında, ölkənin bütün seçki məntəqələrindəki möhtəşəm mənzərələr yaradan fəallığınız bir qətiyyətli iradənin, ümid dolu qəlbin və bəsirətli gözlərin əlaməti idi.


Dünənki seçkilərin böyük qalibi, bir daha düşmənin muzdlu mediasının təbliğatına və xam fikirlərə düşən bədxahların vəsvəsələrinə qarşı çıxan və ölkənin siyasi arenasının mərkəzində fəallığını göstərən İran millətidir. Nə zəif təbəqənin məişətinin çətinliyi, nə aylar öncə başlanan xalqı seçkilərə qarşı süst etmək istəyən müxalif fikirlər, nə seçkilərin müəyyən saatlarında yaranan bəzi çatışmazlıqlar xalqın əzmkarlığına üstün gələ və bu mühüm prezident, həmçinin şəhər və kənd şuraları seçkilərini problemlə üzləşdirə bilmədi.


Mən şükür səcdəsi edir, Alim və Qadir olan Allaha bu millətə əta etdiyi bu uğura, İrana və İslam Respublikasına göstərdiyi rəhmət nəzərinə görə sonsuz şükürlərimi bildirirəm. İran xalqına gözaydınlığı verirəm. Xalqın seçimi ilə yüksək prezident postuna və ya şuralara üzvlüyə nail olan cənabları təbrik etməklə yanaşı bu vəfalı xalqa öz minnətdarlığımı bildirir və bu şəxslərin qanun qarşısında nəzərdə tutulmuş vəzifələrinə kamil şəkildə sadiq qalmalarını onlara xatırladıram. Onlara, ölkəyə və millətə xidmət etmək fürsətinin qədrini bilin və ilahi niyyətləri həmişə diqqət mərkəzində saxlayın deyirəm.


Həmçinin möhtərəm Qanuna Nəzarət Şurasına, Daxili İşlər Nazirliyinə, təhlükəsizlik orqanlarına, milli mediaya, hörmətli namizədlərə və bu böyük imtahanda yardımçı olan hər kəsə öz təşəkkürümü bildirməyi lazım bilirəm.


Eləcə də bu ölkənin və bu nizamın əsl sahibi olan Allahın böyük vəlisinə (canlar ona fəda olsun) salam söyləyir, İran xalqının bu əzəmətli hərakatının banisi olan əziz İmam Xomeyni və ölkənin ən əsas iftixarlarından sayılan uca məqamlı şəhidlərə Allah-taaladan ali dərəcələr arzu edirəm.

Seyyid Əli Xamenei
19 İyun 2021

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…