Qafqaztimes xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, prezident və yeni hökumətin üzvləri ilə görüşündə, ABŞ -ın diplomatiya sahəsində vəhşi və yırtıcı bir canavar olduğunu söyləyərək, Əfqanıstandakı vəziyyət barədə bunları söyləyib: “İslam Respublikası hər bir halda məzlum və müsəlman Əfqanıstan xalqının tərəfdarıdır. Hökumətlərlə münasibətlərimiz isə İranla münasibətlərinə və davranışlarına bağlıdır.”
İnqilabın Ali Rəhbəri Əfqanıstanı qardaş ölkə, İranla eyni dilə, dinə və mədəniyyətə malik ölkə adlandırmış və cümə axşamı günü Kabul hava limanında baş verən hadisə də daxil olmaqla insanların problemlərinə görə dərin təəssüf hissi keçirdiyini söyləyərək belə demişdir: “Bu problemlər və çətinliklər ölkəni 20 ildir işğal edən və bu xalqa hər cür zülm tətbiq edən amerikalıların işidir.”
Toy və yas mərasimlərinin bombalanması, gənclərin öldürülməsi, bir çox insanın əsassız olaraq həbsə alınması və narkotik istehsalının on dəfələrlə artması və s. Ali Rəhbərin bu çıxışında qeyd etdiyi Amerikanın Əfqanıstandakı zülmlərinin bəziləridir.
İmam Xamenei həmçinin belə əlavə edib: “ABŞ Əfqanıstanın inkişafı üçün bir addım belə atmayıb. Bugünkü Əfqanıstan sivil inkişaf və quruculuq baxımından 20 il əvvəlki vəziyyətindən geri qalmasa da irəlidə də deyildir.”