Ayətullah Sistani Ayətullah Həkimin vəfatı ilə əlaqədar başsağlığı verib

Qafqaztimes xəbər verir ki, Mawazin News -un verdiyi məlumata görə, İraqdakı şiələrin təqlid mərcəsi olan Ayətullah Sistani, İraq dini mərcələrindən olan Ayətullah Seyid Muhəmməd Səid Həkimin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ayətullah Sistaninin başsağlığı mesajında ​​deyilir: “Ayətullah Seyyid Muhəmməd Səid Əl-Təbatəbai Əl-Həkimin (rizvanullah əleyh) vəfat xəbərini son dərəcə təəssüf və kədərlə eşitdim. Nəcəfi-Əşrəf elmiyyə hövzəsi fəqih və bariz şəxsiyyətlərindən birini itirdi. O, dinin qələbəsi üçün canını fəda edən və mübarək ömrünü elmə və elm əhlinə xidmət edərək keçirən və özündən sonra böyük bir elmi irs qoyan bir şəxsiyyət idi. Bu böyük müsibət ilə əlaqədar Zəmanə İmamına (ə.f), elmiyyə hövzələrinə, mərhumun ailəsinə və möminlərə başsağlığı verir və Uca və Qadir Allahdan onun məqamının yüksəlməsini diləyirəm. Allah onu öz dostlarının cərgəsinə daxil etsin, ailəsinə və yaxınlarına səbr versin.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya