Ayətullah Məhami: İnqilabi fikir bildirmək Mövləvi Riginin yeganə günahı idi

QafqazTimes xəbər verir ki, İmam Xameneinin Sistan və Bəluçistan üzrə nümayəndəsi Ayətullah Mustafa Məhami Xaşdakı İmam Hüseyn (ə) məscidinin sünni imamı Mövləvi Əbdülvahid Riginin şəhadət xəbərindən sonra bəyanat yayıb.

Bəyanatın mətnində deyilir: Haqqın gücünə qarşı saxta cövlan və yarasa sifət insanların Allahın nurunu söndürmək üçün uğursuz cəhdi tarix boyu həmişə mövcud olmuşdur.

Din, etnik mənsubiyyət və s. inadkar cahillər və İslam İnqilabı düşmənləri üçün bəhanədən başqa bir şey deyil. Onlar sözləri və hərəkətləri həqiqəti möhkəmləndirməyə, onların şər xislətini ifşa etməyə yönəlmiş hər bir azad insanla düşmənçilik edirlər. İstər sünni olsun, istər şiə. İstər bəluç olsun, istərsə fars. İstər İmam Rzanın (ə) hərəmində şiə ruhanisi olsun, istərsə də Sistan və Bəluçistanın Xaş şəhərində sünni imamı.

Bu sünni alimi Sistan və Bəluçistanın şərəfli sünni cəmiyyətinin danışan dili olaraq şiə və sünni vəhdətini aydın səslə bəyan etmiş və həmişə İslam hökümətini müdafiəsinin zəruriliyini vurğulamışdır.

Bu sünni aliminin yeganə günahı öz nəzər və fikirlərini ifadə etməkdə azadlığı və cəsarəti idi! Bu əhli sünnə aliminin inqilabi mövqelərinə tab gətirə bilməyən söz azadlığı iddiaçıları nə qədər yalan danışırlar. Bəluç xalqının hüquqlarını müdafiə etmək iddiasında olanlar, belə bir mötəbər və ləyaqətli Bəluç şəxsiyyətinin mövcudluğuna dözməyənlər necə həyasızcasına yalan danışırlar. Vəhdətin müdafiəsinə qalxdığına görə sünni alimi ilə belə davranan alimlərin müqəddəsliyini qoruyub saxlamaq iddiasında olanlar nə qədər yalançıdırlar!

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?