Axtarışda olan cinayətkar polisdə işə düzəlmək istədi, həbs edildi – FOTO

Axtarışda olan cinayətkar ABŞ-da polisə işə düzəlməyə qərar verib. Həmin şəxs həbsdən şərti olaraq vaxtından əvvəl azad edilmə qaydalarını pozmaqda ittiham olunur.

Məlumata görə, 24 yaşlı Castin Karter polis məmuru olmaq qərarına gəlib və ərizəsini onlayn formada vasitəsilə Arkanzasın bölmələrindən birinə təqdim edib. Fiziki hazırlıq normativlərindən keçmək üçün zabitlərlə şəxsi görüşə gələndə namizədin bioqrafik məlumatlarında uyğunsuzluqlar olduğunu görüblər.

Ətraflı araşdırmadan sonra Karterin şərti azadlığa buraxılması qaydalarında pozuntularına görə Corciya əyalət polisi tərəfindən axtarışda olduğu müəyyən edilib. Bundan başqa, həmin şəxs ərizəsində başqasının adını və soyadını göstərib. Bildirilir ki, standartlardan keçdikdən sonra Karter həbs edilib.

Related posts

“WhatsApp” dizaynını tamamilə dəyişdi – FOTO/VİDEO

Günəşdə nəhəng ləkə peyda oldu – FOTO

Argentinada iki qatar toqquşdu: Onlarla yaralı var – VİDEO