‘Siz kimsiniz ki, parlamentlə bağlı çıxışları geniş yayımlamırsınız”?
Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında layihənin müzakirəsi zamanı belə deyib. Millət vəkili İctimai Televiziyanın deputatları sərt şəkildə tənqid etdiyini də sözlərinə əlavə edib:
“Əgər İTV, İctimai radio öz funksiyasını lazımı səviyyədə yerinə yetirsəydi, media sahəsində bu qədər gərginlik, ziddiyət olmazdı. Parlamentdə bu gün müxtəlif mövqe daşıyıcıları var. Parlamentdəki çıxışları isə ən az cəmiyyətə çatdıran televiziya İctimai Televiziyadır. Onlar bunun əvəzinə millət vəkillərinin kollajını yayaraq, belə səviyyəsiz yanaşma ilə diqqət mərkəinə düşmək istəyirlər. Siz təndiq edə bilərsiniz, amma digər məsələləri də cəmiyyətə çatdırın. İctimai Televiziyanın funksiyası AzTV-dən fərqlidir. Büdcədən bu qədər vəsait alırsınız. Deməli dövlət və cəmiyyətin də işlərinə yarımaq lazımdır”.