Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşdı – Həbs olundu – FOTO

Astarada avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara rayon sakini Elşən Əliyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan sürücü barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib.

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

1 şərh

PlaseFuture FREE BONUS Noyabr 6, 2022 - 7:00 səhər

👉 Michelle He wants to talk frankly with you and show you something, you will like it. Click Here:👉 http://bit.do/fVynE

Add Comment