Avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı – ANBAAN (Video izlə)

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobillərdən təhlükəsizlik kameralarının qarşısında oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri İbrahim Qasımov və Bəxtiyar Hacızadə rayonun Hacıməlik qəsəbəsində vətəndaşlara məxsus avtomobillərə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq cinayəti törədiblər

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir