Avtomobil ilə yaşlı qadının üzərindən iki dəfə keçdi- DƏHŞƏTLİ GÖRÜNTÜ ANBAAN (Video izlə)

Rusiyanın Çelyabinsk vilayətinin Ozyorsk şəhər sakini avtomobillə yaşlı qadını vurub.

O, avtomobili arxaya verərkən iki dəfə pensiyaçının üzərindən keçib.

Sürücü qadını fərq etdikdən sonra onu avtomobilinə əyləşdirib və təcili yardıma deyil, evinə aparıb.

Nəticədə təqaüdçü özü təcili yardım çağırmalı olub.

Sürücüyə gəlincə, o, qəza yerini tərk etdiyi üçün tapılaraq sürücülük vəsiqəsindən məhrum edilib.

Zərərçəkənin vəziyyəti barədə məlumat verilməyib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO