Avtobus və taksi sürücüləri arasında münaqişə yaşandı (Video izlə)

Sərnişin avtobusunun dayanacağında avtomobilini saxlayan taksi sürücüsü ona irad bildirən sürücü ilə mübahisə edib. Hətta avtobus sürücüsünə təhdidlər yağdırıb. 

Hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

Sakinlər bildirir ki, bu kimi hadisələr demək olar ki, hər gün təkrarlanır. Taksi sürücüləri sərnişin yığmaq üçün avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqda dayanır. Elə bu səbəbdən sərnişinlər çətinlik çəkir.

Həm avtobus, həm taksi sürücüləri qalmaqala səbəb kimi dayanacağın düzgün seçilmədiyini deyir.

Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsindən bildirilib ki, həmin prospekt avtomobillərin ən çox sıxlıq təşkil etdiyi ərazidir. Aparılmış araşdırmalarla taksi sürücüsü müəyyən edilib və tədbir görülüb.

Bu arada Heydər Əliyev prospektində avtomobilini düzgün park etməyən taksi sürücülərinə qarşı addımlar atılıb. Gün ərzində 50-yə yaxın avtomobil barəsində inzibati protokol tərtib edilib.

Related posts

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO