Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında avtobus sürücüsü və taksi sürücüsü arasında əlbəyaxa dava olub. İnsident taksi sürücüsünün sərxoş halda olan avtobus sürücüsünə irad bildirməsindən sonra başlayıb. Sərxoş avtobus sürücüsü nəinki təqsirini boynuna almayıb, hətta ona irad bildirən taksi sürücüsünü döyməyə başlayıb.