Avstraliyada dini məbəd yandı (Video izlə)

Avstraliyanın Melburn şəhəri yaxınlığında yerləşən ikimərtəbəli buddist məbədində güclü yanğın baş verib.

Məlumata görə, yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub.

Qeyd olunur ki, yerli yanğınsöndürmə və xilasetmə xidməti ətraf rayonların sakinlərinə xüsusi xəbərdarlıq edib. Onlara evlərini tərk etməmək, bütün çölə açılan qapı və pəncərələri bağlamaq, istilik və soyutma sistemlərini söndürmək tövsiyə olunub.

Bildirilir ki, yanğından çıxan tüstü 15 kilometr məsafədən görünür.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO