Avstraliya HƏMAS-ı terror təşkilatı elan etdi

QafqazTimes xəbər verir ki, Avstraliya hökuməti Fələstin İslami Müqavimət Hərəkatını (HƏMAS) “terrorçu” təşkilat elan edib.

Sionist rejimin HƏMAS-ı “terrorçu” adlandırmaq üçün Qərb ölkələrinə anti-Fələstin təzyiqlərinin davam etdiyi bir vaxtda, Avstraliya cümə axşamı HƏMAS-ı bütünlüklə terrorçu təşkilat elan edib.

AFP xəbər verib ki, Avstraliya hökuməti cümə axşamı bütün HƏMAS hərəkatını terror təşkilatı kimi tanıdığını elan edib. Qeyd edək ki, Avstraliya daha əvvəl HƏMAS-ın hərbi qanadını terror təşkilatı adlandırmışdı.

Avstraliyanın daxili işlər naziri Karen Endryu bu addımın nə üçün edildiyini açıqlayaraq deyib: “Həmas və bu gün (terrorçu) siyahıda olan ekstremist qrupların fikirləri çox narahat edicidir və Avstraliyada onların mənfur ideologiyalarına yer yoxdur.”

Avstraliya hökumətinin qərarına əsasən, bu ölkədə HƏMAS-a maliyyə və ya digər yardımlar göstərildiyi halda, qanunu pozanlara 25 il həbs cəzası verilə bilər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib