Avropanın narkotik paytaxtı məlum oldu

Avropada narkotikdən istifadə artmaqdadır. Ən yüksək artım göstəriciləri isə Belçikadadır.

Bu barədə Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) məlumat yayıb.

Məlumata görə, kanalizasiya sularında ən çox narkotik izlərinin tapıldığı yerlərin siyahısına növbəti dəfə Antverpen başçılıq edib. Tədqiqatçılar narkotikdən istifadənin Antverpendə 50%, Brüssel və Amsterdamda isə təxminən 28% artdığını təxmin edirlər.

2011-ci ildən etibarən EMCDDA şəhər kanalizasiyalarını təhlil edərək Avropada narkotik istifadəsini araşdırır. 2022-ci ildə müxtəlif maddələrin istifadəsini ölçmək üçün mart-aprel ayları arasında 104 şəhərdə nümunələr götürülüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi