Avropa Ukraynaya qapıları bağladı!

QafqazTimes.com  Bloomberg-ə istinadən xəbər verir: Almaniya və Niderland Ukraynanın Avropa İttifaqına qəbuluna etiraz edib. Hələ ki, Aİ-nin hansısa üzvü Ukraynanın bu birliyə qəbul edilməsinə xeyir-dua verməyib. Almaniya və Niderlanddan başqa da Ukraynanın birliyin üzvlüyünə  namizəd qəbul edilməsinə etiraz edən ölkələr var. Berlin və Amsterdam Kiyevə hərbi münaqişədə yardım göstərməklə kifayətlənmək lazım gəldiyini düşünür. Ukrayna Aİ-yə qəbul üçün ən azı 10 il gözləməlidir. İttifaqın mövqeyi belədir ki, Ukraynanın Aİ-yə qəbulu uzun və ağır bir prosesdir. Ölkələr mənfi rəy bildirsə də Aİ-nin başçısı Şarl Mişel Twitter səhifəsində yazıb ki, Ukraynanın müraciətinə yaxın günlərdə baxılacaq.

Related posts

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

İsraillə dostluq baha başa gəlir