Avropa Parlamenti İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terrorçular siyahısına salınmasını təklif edib.
Əl-Aləm telekanalının veridiyi məlumata görə AP-də verilən bu təklifin səsverməsində 595 nəfər lehinə, 9 əleyhinə və 31 nəfər bitərəf səs verib.
SEPAH-ın terrorçular siyahısına salınma məsələsi Avropada bir neçə həftədir ki, gündəmə çevrilib. Amma bəzi mürəkkəb hüquqi problemlər olduğu da medialardan gizli qalmayıb. Avropa komissiyası sədri Ursula von der Leyen bu məsələnin həyata keçməsi üçün dəstək olacağını belə vurğulayıb.
Bu məlumata görə, İran əvvəllər də SEPAH-ın dövlətin hərbi qurumu olması barədə Avropanın anti-iran siyasətlərinə xəbərdarlıq notası vermiş, bu qurumun terrorular siyahısına salınmasının qeyri-qanuni olduğunu vurğulamışdı.