Avropa ölkələri fələstinlilərin evlərinin dağıdılmasına etiraz etdi

10 Avropa ölkəsi sionist rejimə rəsmi olaraq məktub yazıb işğal olunmuş İordan çayının qərb sahilində yaşayan fələstinlilərin evlərinin sökülmə prosesinin dayandırılmasını tələb edib.

Fars İnformasiya Agentliyi “Yadiut Aharanut”ta istinadən verdiyi məlumatına əsasən, Belçika, Fransa, İtaliya, İspaniya, İsveç, İngiltərə, Danimarka, Finlandiya, İrlandiya və İordan çayı qərb sahili ilə Qəzzə zolağında fəaliyyət göstərən Avropa Birliyi ofisinin konsulluqları sionist İsrail rejiminə rəsmi bəyanat ünvanlayaraq fələstinlilərin evlərinin sökülmə prosesinin dayandırılmasını tələb ediblər.

Bu ölkələrin rəsmi heyətləri sionist rejimdən evlərin sökülmə və müsadirəsi əməliyyatının dayandırılması, İordan çayı qərb sahilləri və işğal olunmuş şərqi Qüdsdə sosial-məişət ədalətinin bərpasını istəyiblər.

Bəyanatda həmçinin 2015-ci ildən bu günə kimi fələstinlilərə verilən maddi zərərlərə görə 1 milyon 290 min avro təzminat ödənməsi tələb edilib.

Qeyd edək ki, fələstinlilərin evlərinin dağıdılması və müsadirəsi prosesi birbaşa olaraq sionist rejimin radikal baş naziri Benyamin Netanyahu kabineti nəzarəti altındadır.

Related posts

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

1 şərh

1xbet промокод бонус May 27, 2023 - 11:20 səhər
Add Comment