Avropa arxa çevirdi, Taliban qəbul etdi!

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Yeni Zelandiyalı jurnalist Şarlotta Bellis rastlaşdığı duruma hönkürərək ağlayır. 35 yaşlı Şarlotta ABŞ-da təhsil alıb, Əl-Cəzirə şəbəkəsində işləyib. Bellis 2021-ci ilin yayında Kabildə Talibana verdiyi suallardan sonra dünyada məşhurlaşıb. O zaman Talibana qadın hüquqları haqqında sual vermək risk idi.

Bellis New York Times-ın əməkdaşı  Cim Hülbrukla münasibətdə olub. Əfqanıstandan Qətərə gəldikdən sonra məlum olub ki, o hamilədir. Əvvəllər Bellisə deyilmişdi ki, o heç vaxt ana ola bilməyəcək. Hamiləlik xəbərini sevinclə qarşlıyan qadın nikahı qeydə alınmadığı üçün Qətərdə qala bilməyib. Koronovirus məhdudiyyətlərinə görə vətənə qayıtmaq imkanından məhrum olan Bellis Avropaya üz tutub. Ona Belçikada uzun müddət qalmağa icazə verilməyib. Müxtəlif ölkələrə müraciət etsə də, rədd cavabı alıb. Cəsarətli xanım jurnalistə Talibandan başqa sığınacaq verən olmayıb! O heç bir problemsiz Əfqanıstana qayıdıb. Hazırda əri ilə Kabildə yerləşən xanım New Zealand Herald-da səhifəsində yazır ki, jurnalistə Talibandan başqa sığınacaq verən yoxsa, demək dünya qaydasında deyil!

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…