Aviaşou zamanı faciə – Pilot öldü (Video izlə)

Çexiyada keçirilən aviaşouda bədbəxt hadisə yaşanıb.

Belə ki, İkinci Dünya müharibəsi illərinə aid “Hawker Hurricane IIC” qırıcısı uçuş zamanı qəzaya uğrayıb.

Təyyarə Toçnadakı Aviasiya Muzeyinə məxsus olub. Onu idarə edən britaniyalı pilotun həlak olduğu bildirilib.

Qeyd edək ki, qırıcı Çexiyaya ötən ilin iyununda gətirilib. O, belçikalı sahibindən alınıb. Bahalı təmirdən sonra qırıcı Toçna hava limanında saxlanılıb və bir neçə dəfə aviaşoularda iştirak edib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO