Ata Abdullayev verdiyi şikayəti geri götürüb

Hədə-qorxu ilə pul tələb etməyə görə azadlıqdan məhrum edilmiş bloger Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.

Qərarda qeyd olunub ki, cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum bloger cəzaçəkmə müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.

Buna görə də məhkəmə kassasiya şikayətini geri qaytarıb.

Xatırladaq ki, bloger Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO