Aralıq dənizi qəbiristanlıq olub!

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Aralıq dənizi gerçəkdən qanunsuz miqrantların qəbiristanlığına çevrilib. Bu barədə Roma Papası danışıb. Təkcə bu ilin əvvəlindən 30 min qanunsuz miqrant Polşa-Belorus sərhədini keçməyə cəhd göstərib. Miqrantların böyük hissəsi Afrikadan Avropaya can atanlardır. Miqrantların daşınması qara biznes sahələrindən birinə çevrilib. Mühacirət arzusuna düşənlər riskli yolu keçmək üçün dəllalların istədiyi pulu nə yolla olur-olsun tapmağa çalışırlar. Nəticə çox vaxt ürəkaçan olmur. Məhz Aralıq dənizindən yüngül qayıqlarla daşınan miqrantların əhəmiyyətli bir hissəsi suda batır. Əvvəlcə Liviyaya keçən miqrantlar sonra su yolu ilə hərəkət etməli olur. BMT bildirir ki, ilin əvvəlindən noyabra qədər ən azı 1600 miqrant suda batıb.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!