Anti-sionist əməliyyatında 2 sionist yaralandı

Sionist rejim mediaları Nablosda 2 sionistin yaralanmasından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, dünən axşam (12 sentyabr) Fələstin mediaları da bu xəbəri təsdiqləyərək elan edib Nablosun cənubunda yerləşən Həvvarə kəndinə silahlı basqınında baş verən atışmada 2 sionist qəsəbə sakini yaralanaraq xəstəxanaya göndərilib.

Yadiut Aharanut qəzeti İsrail ordusu mətbuat xidmətinə istinadən yazır ki, bir avtomobil silahla qəsəbə sakinlərinə güllə ataraq hadisə yerindən qaçıb. Bu insidentdən sonra məntəqədə güclü təhlükəsizlik tədbirləri başlayıb və hadisə törədənlərı axtarışı davam edir.

Fələstin mediaları isə Həvvarə post keçid xidmətində baş verən bu hadisənin məsuliyyətini Əl Fəcr batalyonunun öz üzərinə götürdüyünü elan ediblər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir