ABŞ: İran azad edilmiş pulları yalnız humanitar məqsədlərə istifadə etməlidir

“Pul yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər. Biz ayıq-sayıq qalacağıq və bu vəsaitlərin xərclənməsinə nəzarət edəcəyik və lazım gələrsə, onları yenidən dondurmaq imkanına malik olacağıq” deyən Metyu Miller Amerika Birləşmiş Ştatları zərurət yaranarsa, qarşıdan gələn məhbus mübadiləsi çərçivəsində Tehrana verilməli olan İran aktivlərini yenidən dondura biləcəyini vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Məlumata görə amerikalı diplomat bu həftə İran və ABŞ arasında əsir mübadiləsinin olmayacağını da elan edib.

Ağ Ev avqustun 10-da Vaşinqtonun Tehranla məhbus mübadiləsinə dair razılığa gəldiyini təsdiqləyib, lakin nəhayət, sazişin başa çatdığını elan etmək üçün azad edilmiş amerikalıların İrandan qayıdana qədər gözləməyə çağırıb. İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani avqustun 21-də açıqlayıb ki, əsirlərin mübadiləsi və İranın aktivlərinin dondurulması ilə bağlı razılaşmalar iki ay ərzində həyata keçiriləcək.

İran prezidenti İbrahim Rəisi isə dünən (12 sentyabr) “İran dondurulmuş aktivlərini haraya istəyərsə, ora da xərcləyə biləcəyini” deyib.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı