Ankara Təl-Əvivin Türkiyəyə səyahətlə bağlı xəbərdarlıqlarına reaksiya verib

QafqazTimes xəbər verir ki, müvəqqəti sionist rejimin öz vətəndaşlarına Türkiyəyə səfər etməmələri ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqlar Ankara hökumətinin reaksiyası ilə qarşılanıb.

Türkiyə Xarici İşlər Nazirliyi çərşənbə axşamı Türkiyəyə səfərlə bağlı olan xəbərdarlıqların beynəlxalq motivlərlə əlaqəli olduğu barədə bəyanat yayaraq, Ankaranın lazımi təhlükəsizlik tədbirləri gördüyünü bildirib.

Anadolu xəbər agentliyinin məlumatına görə bəyanatda deyilir. “Bəzi ölkələrin öz vətəndaşlarına Türkiyəyə səyahətlə bağlı xəbərdarlıqları müxtəlif beynəlxalq hadisələr və motivasiyalarla əlaqəlidir.”

“Terrorla mübarizədə əməkdaşlıq mexanizmlərimiz çərçivəsində lazımi təhlükəsizlik tədbirləri görürük”, – deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Bəyanatda həmçinin vurğulanıb: “Türkiyə təhlükəsiz ölkədir. Daxili və sərhədyanı əməliyyatlar vasitəsilə terrorla ən təsirli şəkildə mübarizə aparmağa davam edəcək.”

Tel-Əviv vətəndaşlarını Türkiyədə təhdid edən təhlükə ilə bağlı medianın suallarına cavab verən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanco Bilgiç deyib:“Son günlər müşahidə olunur ki, bəzi ölkələr Türkiyədəki vətəndaşlarına səyahətlə bağlı tövsiyələr verirlər. Bu səyahət xəbərdarlıqları müxtəlif beynəlxalq hadisələr və hədəflərlə əlaqədar olaraq nəzərdə tutulub. Əslində bizim müvafiq qurumlarımız terrorizmlə mübarizədə əməkdaşlıq mexanizmlərimiz çərçivəsində bütün lazımi təhlükəsizlik tədbirlərini həyata keçirir.”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Qətər nümayəndə heyəti Qəzzədə atəşkəs razılaşmasının davamı üçün Qahirəyə gedib

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik