Ankara Fələstin qazının oğurlanmasında Təl-Əvivlə həmkarlıq edir

QafqazTimes xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən İsrail prezidenti İshaq Hersoqun martın ortalarında Türkiyəyə səfər edəcəyini açıqlayaraq deyib: “Biz həm daxili istehlak üçün İsrail qazını ala bilərik, həm də bundan başqa İsrail qazının Avropaya ixracında iştirak edə bilərik.”

Maraqlıdır ki, bütün bu ərəb KİV-ləri gecə-gündüz Türkiyənin Fələstin məsələsində “islami və prinsipial” mövqeyini vurğulayaraq, Aralıq dənizinin şərqində kəşf edilən neft və qazla bağlı Türkiyə ilə İsrail arasında hərbi münaqişə ehtimalını istisna etmirdilər. Lakin tam əksinə kəşf edilən bu neft və qaz iki tərəf arasında münasibətlərin möhkəmlənməsi üçün əsas stimul olacaq.

Maraqlıdır ki, Ərdoğan İsraildən ölkəsi vasitəsilə Avropaya nəql etmək istədiyi qazın Fələstin xalqından oğurlandığını və ondan əldə olunan gəlirin Fələstin xalqının qətliamına sərf ediləcəyini yaxşı bilir. Buna görə də Ərdoğan ən azı Qəzza zolağına dəstək iddiasına əməl etməli və ABŞ şirkətlərinin dəstəyi ilə İsrailin Fələstin qazının oğurlanması əməliyyatlarında iştirak etməkdən çəkinməlidir.

Fələstin xalqına dəstək verməklə onun neftinin oğurlanmasında, Fələstin sərvətlərinin talan edilməsində və onun mühasirəsində iştirak etmək arasında böyük ziddiyyət vardır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya