Amerikanın Yəmənlə sülh müzakirələrinə mane şərtləri

Amerika Birləşmiş Ştatları Yəmən müharibəsini sülhə aparan müzakirələri dayandırmaq üçün qeyri-diplomatik  yollarla 3 şərt mesajı göndərib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, yəmənli ekspertlər Yəmən Milli Nicat Dövləti ilə Səudiyyə Ərəbistanı arasında sülh və atəşbəs danışıqlarına mane olan ABŞ-ın 3 şərtindən danışırlar.

Əl Xənadiq portalı (7 avqust) Səudiyyə Ərəbistanı Yəmənin neft bölgəsində olan müharibəni dayandırmaq istəsə də, Amerikanın buna mane olduğu barədə məlumat verib.

Məlumata görə ABŞ bir sıra qeyri-diplomatik vasitələrlə Yəmən Milli Nicat dövlətinə mesaj göndərib ki, yalnız bu 3 şərt qarşılığında sülh danışıqlarına dəstək ola bilər:

  1. Yəmən Babul Məndəbin  beynəlxalq bir məkan olduğunu qəbul edərsə;
  2. Yəmən İsrail rejimi üçün bir təhlükə yaratmazsa;
  3. Yəmən İranın nüfuzuna mane olarsa:

Babul Məndəb Boğazının adı belə Amerika və İsrail rejimini qıcıqlandırması təbii bir haldır. Çünki 1973-cü ilin oktyabr müharibəsini onlara xatırladır və onlar yaxşı bilir ki, Səna istədiyi an o müharibənin təkrarını yaratmağa qadirdir.

Həmçinin Amerika İranın regiondakı nüfuzunun artdığını qəbul edib və İranın nüfuzunun arması da bölgə dosyelərinin dərinləşməsi ilə nəticələnəcək.

Qəzetin qənaətinə görə ABŞ-ın Yəməndən İran nüfuzunun məhdudlaşması tələbi onların ikitərəfli münasibətlərindəki yaxınlıq dərəcəsindən bixəbər olmasını göstərir.

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur