Amerikanın Riyaz-Tel Əviv sazişinə ehtiyacı var

Sionist rejim mediaları Amerikanın Riyaz-Tel Əviv sazişinə həddən artıq ehtiyacı olduğu barədə məlumatlar dərc edirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Riyaz-Tel Əviv sazişinin onların özündən çox Amerikanın ehtiyacı olduğu üçün Vaşinqton bu razılaşma müqabilində fələstinlilərə bəzi önəmli güzəştlərə görə İsrailin razılığını almağa çalışır.

Ötən həftə Netanyahu kabinetinin strategiya naziri Ran Dermerin ABŞ səfərində dövlət rəsmiləri Cek Sullivan və Antoni Blinken Səudiyyə Ərəbistanı ilə razılığa gəlməsi üçün əllərindən gələni əsirgəməyiblər.

Ərəb dilli medialar ABŞ dövlətinin 2024-cü ilin mart ayına qədər bu razılaşmanın həyata keçməsinə çalışdığını qeyd edir, bunun böyük bir nailiyyət olacağından xəbər verirlər.

Deyilənlərə görə Sullivan Ran Dermərə deyib ki, İsrailin bu məsələdə fikri düzgün deyil. Çünki fələstinlilərin bəzi güzəştləri Ərəbistanla sazişdən üstün ola bilməz.

Related posts

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi