Amerikalı jurnalist Bayden və Bin Salmana: Netanyahu sizi axmaq yerinə qoymasın!

New York Times qəzetinin jurnalisti Tel Əviv-Riyaz münasibətlərinin normallaşması barədə yazdığı analitik məqalədə ABŞ prezidenti ilə Səudiyyə vəliəhdinin Netanyahunun onları axmaq yerinə qoymaması barədə eyhamlar edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Tomas Freedman dünən (5 sentyabr) yazdığı məqalədə Amerika və Səudiyyə Ərəbistanından bu razılaşmaya qol qoymamalarını istəyib.

Freedman Co Bayden və Məhəmməd Bin Salmana xitabən deyib: B.Netanyahu sizi öz oyuncağına çevirib axmaq yerinə qoymasına icazə verməyin. Vəziyyətdən asılı olmayaraq Riyaz üçün normal dövlət olmayan İsraillə diplomatik münasibətləri normallaşdırmaq imkansızdır.

Freedman həmçinin yazır: Netanyahunun “İsrail Ali Məhkəməsinin nüfuzuna xələl gətirən” layihəsinə baxmayaraq həm ABŞ-la, həm də Ərəbistanla əlaqələrini qorumağa çalışır. Özü də zahirdə fələstinlilərə qarşı jestləri, faktiki isə İordan çayı qərb sahilində “ilhaq” prosesinin davamı ilə birlikdə!

Məqalənin davamında deyilir: İsrailin baş naziri bu sövdələşmə ilə Səudiyyə Ərəbistanında “sülh”ün xərclərini ödəyəcəyini vəd edir və Bayden də bunu müqəddəsləşdirir. Amma əslində ABŞ və Ərəbistan bunu rədd etməlidirlər.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı