Amerikada irqçilik davam edir

ABŞ-ın Florida ştatında bir ort məktəbdə qaradərililər haqda tədris kursunun keçirilməsinə manelər yaradılıb.

Təsnim İnformasiya Agentliyinin verdiyi xəbərə görə Kaliforniya ştatının məmurları tarixi əhəmiyyəti olmaması bəhanəsi ilə Afrika mənşəli şagirdlərə irqi məsələləri izah edən dərsin tədrisinə qadağa qoyublar.

BBC-nin verdiyi bir xəbərdə isə ötən həftə Florida ştatında dərs vəsaitinə nəzarət təşkilatının bu kursun əhəmiyyətsiz olması haqda qərar verildiyi deyilir.

ABŞ mediaları Florida təhsil şöbəsinin qərarının belə olduğunu yazırlar: “Afrika mənşəli şagirdlər üçün təyin edilmiş bu kursun dərs vəsaitində ştat qanunlarına uyğun olmayan materiallar olduğu üçün bu kursun ləğvinə qərar verildi. Amma məktəbin tələbatına uyğun olarsa təhsil qanunları əsasında yeni dərslik yazıldığı təqdirdə yenidən araşdırılma imkanı mövcud ola bilər”.

Orta məktəbin internet portalında isə afrikan mənşəli amerikalı şagirdlər üçün təyin olunmuş bu kursun tədris vəsaitində ədəbiyyat, humanitar, siyasət, coğrafiya və biologiya üzrə müxtəlif sahələrin ehtiva edildiyi, Amerikanın 60 məktəbində sınanacağını elan edərək yazılıb ki, bu dərs vəsaiti on illərlə sınanmış zəhmətin bəhrəsidir.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu