Amerika Rusiya əleyhinə süni zəkadan istifadə edir

ABŞ dövlət katibi Vaşinqtonun Rusiyanın saxta informasiyaları ilə mübarizədə süni zəka sistemindən istifadə etdiyini iddia edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Antoni Blinken (9 may) bir çıxışında iddia edib ki, sosial mediada Rusiyanın saxta informasiyaları əleyhinə süni zəka müdafiə sistemindən istifadə edir.

Russia Today yazır: A.Blinken deyib: ABŞ dövləti mütəxəssislərin tədqiqatına əsasən Rusiyanın Ukrayna müharibəsinə aid sosial mediada olan bütün yazışma və danışıqlarını izləyən robot proqram hazırlayaraq informasiyalara nəzarət edir.

2022-ci ildə 2 ABŞ şirkəti məcazi məkanda “Stenford internet rəsədxanası” adlı proqram hazırladığını, “Stencom”-un rəhbərliyi ilə son 5 ildə sosial mediada Qərb himayədarları məqsədli informasiyalara nəzarət sistemini yaratdığını elan etmişdi.

Rusiya XİN sözçüsü Mariya Zaxarova ötən il ABŞ-ı Ukrayna müharibəsi başladıqdan sonra xüsusi təhlükəsizlik müdaxilələrində ittihamlayaraq demişdi: Vaşinqton və onun müttəfiqlərinin bu müharibəyə çox ehtiyacı var. Onlar müharibənin ara qızışdırmaq, təhdid etmək və yalan məlumatlar yaymaqla konfliktin həll olunmasına daha maraqlıdırlar.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir