Amerika indi İran-İndoneziya münasibətindən qıcıqlanır

ABŞ dövlət departamentinin yeni mətbuat katibi ölkəsinin sanksiyalarına rəğmən Tehran-Cakarta arasında bağlanmış yeni ticarət sazişinə reaksiya verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Metyu Miller dünənki (23 may) Tehran-Cakarta sazişindən narahatlığını elan edib.

Qeyd edək ki, İndoneziyada rəsmi səfərdə olan Seyid İbrahim Rəisi bu gün bu ölkənin prezidenti Coko Vidodo ilə birgə mətbuat konfransında iki ölkənin ticarət mübadilələri həcminin iyirmi milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu bildirib.

İran İslam Respublikasının prezidenti qeyd edib ki, Asiya və dünyada mühüm və təsirli ölkələrdən biri kimi İndoneziya ilə əlaqələrin genişləndirilməsi, İran üçün böyük əhəmiyyət kəsb edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib