Amerika Həmasın 3-cü əsas rəsmisinin şəhadətini iddia edir

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi ötən həftə sionist rejimin hava hücumlarında Həmasın önəmli rəsmilərindən birinin şəhid olduğunu iddia edib.

İRNA-nın məlumatına əsasən, Cek Sallivan dünən axşam (18 mart) deyib ki, İsrail son günlərdə Həmasa nisbətən böyük irəliləyişlər edir. Onlar Həmasın əsas taborlarını sındırıb və minlərlə döyüşçüsünü və yüksək rütbəli komandanlarını məhv edib.

Cek Sallivan həmçinin iddia edib: İsrailin ötən həftəki hava hücumlarında Həmasın üç nömrəli əsas komandirlərindən olan Mərvan İsa həlak olub. Həmasın digər önəmli liderləri ehtimal üzrə tunellərdə gizlənib. Ədalət qanunları onlar üçün də icra olunacaq və biz də buna yardımımızı əsirgəməyəcəyik.

Bundan əvvəl də sionist rejim ordusunun bir rəsmisi Mərvan İsanın şəhid edildiyindən xəbər verərək demişdi ki, o, 7 oktyabr  Əl Əqsa Tufanı əməliyyatında İzzəddin Əl Qəssam batalyonları kamandanı Məhəmməd Əl Zəyfin müavini idi.

Reutersin verdiyi xəbərə görə Mərvan İsanın uzaqdan idarəetmə potensialı yüksək həddə olduğu üçün  “Kölgə kişi” ləqəbi ilə tanınar və Həmasın 3 əsas şəxsiyyətindən biridir. Mərvan İsa 7 oktyabr hadisəsindən sonrakı hücumları idarə edir.

Related posts

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq

National İnterest: İranın nüvə qüdrəti enilməzdir