Amerika: Biz Yaxın Şərqi tərk etməyəcəyik

QafqazTimes xəbər verir ki, ABŞ-ın yüksək səviyyəli diplomatı çərşənbə axşamı bildirib ki, Vaşinqton Yaxın Şərqdən çəkilməyəcək.

ABŞ dövlət katibinin İraq, İran və ictimai diplomatiya üzrə köməkçisi Cen Qavito deyib: “Biz Yaxın Şərqdən geri çəkilməyəcəyik. Çünki bu, Pekin, Moskva və ya Tehranın istifadə edəcəyi boşluq yaradacaq. Amerikanın maraqları Yaxın Şərqin uğurları ilə sıx bağlıdır.

Atlantika Şurasının iclasında iştirak edən bu amerikalı məmur deyib ki, Vaşinqton İranın Bağdad üçün “çox vacib tərəfdaş” olduğunu başa düşür. Lakin onlar hər iki istiqamətdə müsbət olmalıdırlar. İranla müttəfiq olan milis qruplarının davamlı təhdidləri və hücumları İraqın suverenliyinə xələl gətirir və xalqın hökumətə olan inamını məhv edir.

Qeyd edək ki, Donald Trampın başçılıq etdiyi ABŞ hökuməti 2020-ci il, yanvarın 3-də Şəhid General Qasim Süleymani və onun bir sıra yoldaşlarını Bağdad hava limanı yaxınlığında terror etmişdir.

Amerikanın bu addımı beynəlxalq reaksiyalara və qınaqlara səbəb oldu. Belə ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ofisində bu təşkilatın qanunsuz və özbaşına sui-qəsdlər sahəsində xüsusi məruzəçisi Aqnes Kallamard keçən il ABŞ-ın general-leytenant Hacı Qasim Süleymaniyə qarşı törədilmiş cinayətini qanunsuz addım adlandırdı.

Hesabatda ABŞ rəsmilərinin general Süleymaninin terror edilməsinin səbəbi ilə bağlı iddialarını rədd edərkən Kallamard yazıb ki, Vaşinqton bu hücumun səbəbini əsaslandırmaq üçün kifayət qədər sübut təqdim edə bilməyib.

İraqda bu ölkənin parlamenti məhz ABŞ-ın bu terror aktından sonra xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edən qanun layihəsi qəbul edib.

Qavito çıxışının başqa bir hissəsində Həşdu Şabi qüvvələrini “İrana dəstək verən milislər” adlandırıb və müdaxiləçi bəyanatlarında bu qüvvələrin İraqın rəsmi təhlükəsizlik aparatının bir hissəsi sayıla bilməyəcəyini iddia edib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir