Almaniya kansleri Olaf Şolz İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonda Yaxın Şərq məsələləri ətrafında söhbət edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Almaniya nazirlər kabinetinin rəsmi nümayəndəsi Ştefen Hebenştrayt dünən axşam (21 aprel) deyib: Danışıq zamanı Almaniya kansleri Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdən çəkinməyin vacibliyini vurğulayıb.
Ştefen Hebenştraytın sözlərinə görə baş nazir Netanyahu kansleri bölgədəki vəziyyətlə bağlı məlumatlandırıb. Kansler regionda münaqişənin genişlənməsinin qarşısının alınmasının vacib olduğunu vurğulayıb.
O əlavə edib ki, danışıq zamanı O.Şolz Aİ ölkələrinin dövlət və hökumət başçılarının İrana qarşı yeni sanksiyalarla bağlı qərarını açıqlayıb.